Siyasət 11:56 01.02.2023

Deputat: "İranın polis orqanlarına böyük suallar var"

"Yanvarın 27-də İrandakı səfirliyimizə edilmiş hücum ölkəmizin və regionumuzun gündəmini silkələdi. Aydın görünür ki, bu xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktıdır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib. Millət vəkili qeyd edib ki, İranın polis orqanlarına böyük suallar var:

"Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması, cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. Terrorçunu dövlət televiziyasına çıxarıb, müsahibə aldılar. İranın bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır".

Qafqaz