Xəbər lenti

Ölkə 11:50 30.12.2023

Deputat: "Narkomanların sayı hər gün atır, bunun ağır nəticələri olacaq"

"Azərbaycanda narkomanların sayı hər gün atır. Bunun qarşısını indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq".

Qaynarinfo xəbər verir ki bunu Milli Məclisin bu gün keçrilən payız sessiyasının son iclasında Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib

Fazil Mustafa bildirib ki, narkomaniya ilə mübarizə formasını dəyişməliyik:

"802 narkomana heç bir kömək etmir. Narkoloji dispanserlərə gedənlərin 70%-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır. Büdcədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün onların reabilitasiya mərkəzləri yaratmaq lazımdır. Bu istiqamətdə bütün imkanları səfərbər etməliyik ki, narkomaniyanın qarşısını alaq. Xaricdən də belə təhdidlər var. Xarici ölkələrdən də ölkəmizə narkotikin daxil olması danılmaz faktdır".

Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->