Xəbər lenti

Ekonomiks 13:41 19.04.2024

Deputat: "Rəqəmlər maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərir"

"Hesablama Palatasının sədrinin hesabatına diqqətlə qulaq asdıq. 31 uyğunluq auditi keçirilib. Büdcə qanunvericiliyinin pozulması ilə bağlı nöqsanlara 27 auditdə rast gəlinib. Büdcə vəsaitlərinin idarə edilməsi ilə bağlı nöqsanlar 23 auditdə, dövlət satınalmaları sahəsində nöqsanlara 27 auditdə rast gəlinib. Əsaslı vəsait qoyuluşu ilə bağlı nöqsanlar 13 auditdə müəyyən edilib. Ümumuilikdə isə maliyyə pozuntularının məbləği 560, 5 milyon manat olub".

Qaynarinfo xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. 

Millət vəkilini fikrincə, əslində Hesablama Palatasının açıqladığı rəqəmlər onu göstərir ki, ölkədə maliyyə intizamı ilə bağlı vəziyyət çox acınacaqlıdır: 

"Hesablama Palatasına minnətdaram ki, onlar real vəziyyət haqqında Milli Məclisə məlumat verirlər. Amma sonda Hesablama Palatasınını verdiyi hesabatı qənaətbəxş sayacağıq və bununla da işimiz sanki bitmiş hesab olunacaq. Məsələn, bir müddət öncə mətbuatda rast gəlmişdim ki, Amerika Birləşmiş Ştatlarında tikdirilən bir məktəb bizdə tikilən məktəbdən 3 dəfə ucuz başa gəlib. Yəni bu Hesablama Palatasının üzvlərini də narahat eləməlidir. "Hesablama Palatası haqqında" qanunun 8.0.4-cü maddəsində qeyd olunur ki, "kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə Hesablama Palatası daxil olur, maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Hesab edirəm ki, bu yetərlidir ki, hansısa mərkəzi icra hakimiyyəti orqanları dövlət orqanları nəsə sifariş edirsə və hansı özəl şirkət bu işdə iştirak edirsə, həmin özəl şirkətin də fəaliyyət yoxlanılsın. Yəni bunu yoxlamadan nöqsanların miqyasını aşkara çıxarmaq mükün deyil".
 
Deputat vurğulayıb ki, büdcəyə nəzarət haqqında qanun qəbul eləməmişik:
 
"Büdcənin icrası haqqında qanun qəbul etmişik. Sanki büdcənin icrası ilə bağlı hökumət hesabat verir, biz də həmin hesabatdan sonra qərar qəbul edirik. Ona görə hesab edirəm ki, büdcəyə nəzarət haqqında qanun qəbul olunmalı, orada mexanizmlər yaradılmalıdır. Büdcəyə nəzarət üzrə Milli Məclisin müvafiq komitəsi yaradılmaldıır. Yəni Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir".

Qafqaz Rafiqoğlu



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->