Ekonomiks 19:28 06.07.2023

Deputatın şirkətinə protokol yazıldı, məhkəməyə verildi

"Emawood" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb. 

Qaynarinfo-nun məlumatına görə, işə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq. Şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən "Emawood" MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Azərbaycanın ən iri mebel istehsalçılarından olan "Embawood” şirkətinin sahibi deputat Məşhur Məmmədovdur.

Əhməd