Xəbər lenti

Sağlamlıq 12:41 22.01.2024

Dərmanlar nə vaxt ucuzlaşacaq? - Ekspertdən açıqlama

"Azərbaycanın iqtisadi imkanları artdıqca, icbari tibbi paketi genişləndikcə, bu rəqəm yavaş-yavaş azalacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla 2023-cü ildə ölkəyə 560 837 milyon dollar dəyərində əczaçılıq məhsullarının idxal edilməsinə münasibət bildirərkən deyib. 

Ekspert bildirib ki, bəzi dərmanların ölkə ərazisində istehsal olunması ilə bu rəqəmi endirmək mümkündür:

"Azərbaycan dərman bazarına görə idxaldan asılı olan ölkədir. Sovet dövründə əczacılıq sənayesi güclü inkişaf etməyib. Yalnız müəyyən dərmanlar, mazlar, məlhəmlər istehsal olunurdu. Bu da SSRİ-nin bir siyasəti idi. Bu cür strateji sahələr Rusiya və Ukraynada yerləşirdi. Azərbaycan isə bundan kənarda qalmışdı. Ona görə də biz hələ də idxaldan asılı ölkəyik. Azərbaycanda dərman strukturu yaradılmalıdır. Ölkəyə idxal edilən dərmanların arasında Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə pulsuz verilən dərmanlar var. Bunlar həm bahalı, həm də çətin tapılan dərmanlardır".
 

 
Adil Qeybulla qeyd edib ki, onkoloji xəstələr üçün nəzərdə tutulan dərmanlar olduqca bahadır:
 
"Bundan əlavə psixiatrik drmanlar da bahadır. Bir də ayrı-ayrı firmaların Azərbaycana idxal edilən bəzi preparatlar var ki, onların da qiyməti bahadır".

Qeyd edək ki, statistik məlumata əsasən, 2023-cü ildə ölkəmiz 560 837 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->