Xəbər lenti

Siyasət 16:42 23.01.2024

"Digər kanallar vasitəsilə də Azərbaycanla qeyri-rəsmi müzakirələr aparılır" - Mirzoyan

Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri birbaşa əlaqə saxlayır. 

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Mirzoyan qeyd edib ki, təkcə Ermənistan və Azərbaycan rəhbərlərinin administrasiyaları arasında birbaşa əlaqə qurulmayıb.

"Bu, iki ölkənin Xarici İşlər nazirlikləri ilə "yerdə" işləyən bir sıra qurumlar arasında mövcuddur. Xarici İşlər nazirlikləri arasında sülh müqaviləsi ilə bağlı təkliflərin mübadiləsi və ya bu mövzuda əsaslı müzakirələr aparılır", deyə erməni nazir bildirib.

Onun sözlərinə görə, eyni zamanda, digər kanallar vasitəsilə də qeyri-rəsmi müzakirələr aparılır. Mirzoyan əlavə edib ki, belə təmasların nəticəsi, məsələn, 32 erməni bə 2 azərbaycanlının dəyişdirilməsi zamanı olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->