Xəbər lenti

Video 14:11 15.01.2024

Dilarə Əliyeva hər kəsi İlham Əliyevə səs verməyə çağırdı (VİDEO)

Xəbər verdiyimiz kimi, fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki marafonun elan edildiyi vaxtdan müxtəlif təşkilatlar, ictimai fəallar, mədəniyyət nümayəndləri dövlət başçısı İlham Əliyevə dəstək olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva da Prezident İlham Əliyevə dəstək nümayiş etdirib.

Bununla bağlı video-rolik hazırlayan aktrisa İlham Əliyevin Qarabağ zəfərinin memarı olduğunu və Azərbaycanı bütün dünyaya tanıtdığını bildirib, hər kəsi seçkilərdə hazırkı dövlət başçısına dəstək olmağa çağırıb.

Həmin videonu təqdim edirik.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->