Ekonomiks 10:50 15.10.2022

Dörd rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları keçiriləcək

‌Növbəti həftə (17-18.10.2022 və 20-21.10.2022  tarixləri) daha 4 rayonda saat 12:00-dan 13:00-dək Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyaları keçiriləcək.

Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü Ağsu rayonunda (Bayraq Meydanı), 2-ci günü İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.