Ölkə 16:02 07.02.2024

Dövlət rəsmiləri harda səs verdi? (FOTO/YENİLƏNİB)

Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar Prezident seçkilərində səs verib.

 
****
 
Müdafiə naziri Zakir Həsənov da prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
 
Report xəbər verir, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
 
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
 
***

Baş nazir Əli Əsədov prezident seçkisində səs verib.

"Report” xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
 
***
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi davam edir.

Oxu.Az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.

C.Bayramov prosedurlara uyğun olaraq, qeydiyyatdan keçib, seçki bülletenini alıb. Daha sonra kabinəyə keçərək öz namizədinə səs verib və bülleteni qutuya atıb.

 ***
Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə aktiv şəkildə davam edir.

Qaynarinfo oxu.az-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.

Ətraflı


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkisində iştirak edib.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, o, 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
 
***
Energetika naziri Pərviz Şahbazov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
 
Qaynarinfo report-a istinadən xəbər verir ki, o, 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib.

 ***

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov prezident seçkilərində iştirak edib.

B.Əyyubov Şuşadakı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

***
Baş prokuror Kamran Əliyev növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

"Qafqazinfo”nun məlumatına görə, o, 15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində səs verib.

***
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.
Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.
 
***
Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

Mərkəzi Bankın sədri Taleh Kazımov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

"Report” xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına elitar gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

***
Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkisində səsvermə hüququndan istifadə edib.
 
"Report” xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
 
***

Baş nazirin müavini Şahin Mustafayev də səsvermə hüququndan istifadə edib.
 
O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

***
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.
 
***
Maliyyə naziri Samir Şərifov 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
 
***
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

"Report” xəbər verir ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsinin 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqəsində səs verib.

Oxu.Az-ın məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş Ağdam şəhərində prezident seçkisində iştirak edib.
 
***
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da prezident seçkisində səsvermə hüququndan istifadə edib.

"Report” xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
 
***
Fevralın 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində 1317 seçici qeydiyyatdadır. Məntəqədə seçicilərin fəallığı müşahidə edilir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.