Xəbər lenti

Dünya 19:44 10.03.2024

Donald Tramp: "Putin ABŞ prezidentinin axmaq olduğunu bilir"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, Rusiya dövlət başçısı Vladimir Putin öz siyasətini həyata keçirərkən Ağ Evin hazırkı rəhbəri Co Baydenin zəifliyindən istifadə edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə RSBN media şirkətinin "YouTube" kanalı məlumat yayıb.

Tramp qeyd edib ki, əgər Birləşmiş Ştatların onun kimi "həqiqətən bacarıqlı prezidenti" olsaydı, o zaman ölkə tamamilə təhlükəsiz olardı.

"Putin indi nüvə silahından danışır. Bilirsiniz niyə? Çünki o, ABŞ prezidentinin axmaq olduğunu bilir", deyə Tramp qeyd edib.

O, həmçinin bildirib ki, Bayden qarşıdan gələn seçkilərdə siyasi rəqibini hədəf almaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Tramp hazırkı Amerika liderini "demokratiya üçün ən böyük təhlükə" adlandıraraq, ondan gülünc və demokratiyanı məhv edən təqibləri dayandırmağı tələb edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?