Dünya 14:14 23.02.2024

“Dünyada Putinin öldürəcəyinə söz verdiyi və hələ də sağ olan yeganə insan mənəm...”

Saakaşvilinin "Ukrainska pravda”da köşə yazısı 

2022-ci ilə qədər Putin Navalnı ilə məni özü üçün  eyni dərəcədə təhlükəli hesab edirdi. İkimiz də onun pəncəsinə düşdük.
 
Yaxın keçmişdə Aleksey Navalnıdan xoşum gəlmirdi. Mənim üçün  onun 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Krımın ilhaqından sonrakı mövqeyi təhqiramiz idi. Amma insanlar dəyişə bilər. Navalnının mövqeyi də dəyişdi, xüsusən də zəhərləndikdən və Rusiyaya qəhrəmancasına qayıtdıqdan sonra.
 
O, əvvəldən genişmiqyaslı işğalı pisləyib və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütövlüyünə çağırıb. İşğaldan bir neçə gün sonra Gürcüstan həbsxanasında ağır metallarla zəhərlənəndən sonra və ondan əvvəl mənim döyülməyim və təhqir olunmağım televiziyada göstərildikdən sonra Navalnı 2008-ci ildə söylədiyi fikirlərə görə gürcü xalqından açıq şəkildə üzr istəyib, həmçinin mənə qarşı qeyri-insani münasibəti dayandırmağa çağırıb  Bilirəm ki, bir çox ukraynalı və gürcü onu hələ də bağışlamayıb, amma mən hələ də inanıram ki, onun vəziyyətində mövqe dəyişikliyini ifadə etmək əlavə cəsarət tələb edir. Bir vaxtlar Putin məni postsovet məkanında (təbii ki, Vladimir Zelenski indi bu kateqoriyada inamla liderlik edir), Navalnını isə Rusiyanın daxilində özünün əsas düşməni hesab edirdi. Üstəlik, Putin Alekseyi soyadı ilə çağırmaqdan imtina edib və onu rusiyalı "Saakaşvili” adlandırıb. Belə ki, 2017-ci ildə keçirilən böyük mətbuat konfransında Putin Navalnı ilə bağlı suala cavab olaraq "Mən Saakaşvililərin Rusiyanın damlarında və meydanlarında qaçmasını istəmirəm” deyib. İndiki vaxtıma gəlincə, o, artıq 2008-ci ildə Sarkoziyə qəti söz vermişdi ki, məni xayalarımdan asacaq.Təhdidləri daha sonra mətbuat konfranslarında da təkrarladı. Yəni dünyada Putinin öldürəcəyinə söz verdiyi və hələ də sağ olan yeganə insan mənəm. Gürcüstan hökuməti, xüsusən də hüquq-mühafizə orqanları tamamilə Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Bu yaxınlarda Yevgeniya Kara-Murza ilə müsahibəni dinlədim və məlum oldu ki, ərinin zəhərləndikdən sonra keçirdiyi simptomlar mənim simptomlarıma 100% bənzəyir. Bu səbəbdən Ukrayna, Fransa, Polşa, Litva və Avropa Parlamenti mənim azadlığa buraxılmağımı tələb edirlər. Gürcü xalqının əksəriyyəti də bunu tələb edir, lakin bütün bunlar indiyə qədər Moskvaya tamamilə bağlı olan rus-gürcü oliqarx İvanişvilinin müqaviməti ilə üzləşir. Mənim xilasım USQ-nin uğurundan asılıdır və və bunda mən şərin pəncəsinə düşmüş çoxlarından biriyəm.
 
Nizami Bağırov