Xəbər lenti

Dünya 23:46 15.02.2024

Dünyanın ən yaşlı vombatının 35 yaşı olur

Yaponiya zooparkından olan vombat dünyanın ən yaşlısı kimi tanınır. 

Qaynarinfo UPI-yə istinadən xəbər verir ki, bu il onun 35 yaşı tamam olacaq.

"Ueyn" adlı bir vombat növlərinin ən qədimi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. Zoopark heyvanın 1989-cu ilin noyabrında anasını maşın vurduqdan sonra xilas edilərək zooparka gətirilib.

Zooparkın direktoru Kozo Sejima "Ueyn"in "gözəl bir vombat" olduğunu və onun uzunömürlülüyünün aşağı stressli həyat tərzinə bağlı olduğunu deyib: "O, yatmaq istədikdə yatır, istədiyi zaman yeyir".

Vombatların uzunömürlülüyü üzrə əvvəlki rekordçu Avstraliyanın Ballarat Vəhşi Təbiət Parkında 30 yaşına qədər yaşamış "Patrik" idi. Mütəxəssislərin fikrincə, təbiətdə vombatların orta ömrü 5-15 il, zooparklarda isə 20 ilə qədər olduğu məlumdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->