İdman 23:33 13.10.2022

Dünyanın ən yaxşı qadın atleti adına namizədlər açıqlandı

Dünya Atletikası dünyanın ən yaxşı 10 qadın atleti adına namizədlərin siyahısını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, namizədlər Beynəlxalq Atletika Ekspertləri Paneli tərəfindən Dünya Atletikasının altı kontinental bölgəsindən olan üzvləri arasından seçilib.

Nominasiyalar Oreqon 2022 Dünya Atletika Çempionatında, Belqrad 2022 Dünya Atletika Çempionatı və dünyanın müxtəlif yerlərində keçirilən digər yarışlarda əldə olunan nəticələrə əsasən müəyyənləşdirilib.
 
Namizədlər aşağıdakılardır:

1.Tobi Amusan, Nigeriya
2.Ças İley, ABŞ
3.Şelli-Ann Fraser-Pris, Yamayka
4.Kimberli Garsiya, Peru
5.Şerika Cekson, Yamayka
6.Faith Kipyeqon, Keniya
7.Yaroslava Mahuçik, Ukrayna
8.Sydney McLaughlin, ABŞ
9.Shaunae Miller-Uibo, Baham adaları
10.Yulimar Rojas, Venesuela
 
Dünyanın ən yaxşı idmançıları üçün səsvermə oktyabrın 31-də gecə yarısı başa çatacaq. Səsvermə prosesinin sonunda Dünya Atletikası tərəfindən beş qadın və beş kişi finalçı elan ediləcək.

Qaliblər dekabrın əvvəlində "World Athletics"in sosial media platformaları vasitəsilə açıqlanacaq.
 
Səbuhi Həsənov