Xəbər lenti

Dünya 10:35 16.10.2023

Əcnəbilər bazar ertəsi səhərdən Qəzza zolağından Misirə keçə biləcəklər - NBC

Əcnəbilər bazar ertəsi səhər saatlarından Qəzza zolağından Misirə keçə biləcəklər 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın NBC televiziya şirkətinin müxbiri məlumat verib
 
Məlumata görə, Rəfah sərhəd keçid məntəqəsinin Qəzza zolağında ilişib qalan əcnəbi vətəndaşların keçməsinə icazə vermək üçün bu gün yerli vaxtla səhər saat 9-dan etibarən sərhəd açıq olacaq.

Eyni zamanda, humanitar yardımlar əks istiqamətdə hərəkət edəcək.  

Qeyd edək ki, bazar günü ABŞ dövlət katibi Entoni Blinken Misir prezidenti Əbdülfəttah Sisi ilə danışıqlardan sonra Rəfah keçid məntəqəsinin açılacağını bildirib. Bununla belə, o, bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib. 

"Biz təklif etdik, Misir Qəzzadakı insanlar üçün çoxlu yardım təşkil etdi və Rəfah açılacaq [...] Biz BMT ilə, Misirlə, İsraillə və başqaları ilə bir mexanizm - yardımı idxal edib ehtiyacı olan insanlara çatdıracağımız mexanizm təqdim edirik", - Blinken bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->