"Abşeron yarımadasının ərazisi (2110 kv. km) Azərbaycanın ümumi ərazisinin (86,6 min kv. km) 2,4%-ni təşkil edir. Amma, ölkə əhalisinin 50%-dən çoxu Abşeronda cəmləşib. Bakı, Xırdalan və Sumqayıt faktiki olaraq birləşərək Abşeron meqapolisinə çevrilib".
Qaynarinfo xəbər verir ki, bunu tanınmış araşdırmaçı Allahverdi Aydın deyib.
Allahverdi Aydın qeyd edib ki, Dövlət Statistika Komitəsi utandığından bunu birbaşa etiraf edə bilməsə də, dolayısı yolla təsdiqləyir:
"Məsələn, DSK-nin son məlumatına görə ölkə üzrə...
- Pərakəndə ticarət dövriyyəsinin 63%-i,
- Sərnişin daşımalarının 52%-i,
- İnformasiya və rabitə xidmətlərinin 96%-i,
- Ödənişli xidmətlərin – 66%-i,
- İaşə dövriyyəsinin 72%-i,
- Elektrik enerjisi istehlakının (əhali üzrə) 52%-i Abşeron meqapolisinin payına düşüb.
Dünyada heç bir yerində belə analogiya yoxdur. Böyük ehtimalla heç bir normal ölkədə əhalinin yarıdan çoxu ölkə ərazisinin 2,4%-də cəmləşməyib".
"Son 20 ildə regionların sosial-iqtisadi inkişafı adı ilə 4 Dövlət Proqramı icra olunub. Əvvəllər ümid edirdik ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan Dövlət Proqramları bu anormal urbanizasiya probleminin qarşısını alar. Amma nəticəsi olmadı. İndi də ümid edirik ki, məcburi köçkünlər öz yurdların dönəcək və bu problem qismən də olsa həll olunacaq".
Aydın
Şərhlər