Ölkə 23:16 01.03.2024

Şəhidimizin övladı dünyaya gəldi

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Cəbrayıl oğlu Sadıqovun övladı dünyaya gəlib.

Qaynarinfo xəbər verir ki, Bakı şəhərində doğulan körpə Amirin zəruri xərcləri "YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək.

Qeyd edək ki, həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.