Sənət 11:11 22.11.2022

Əhməd Cavadın anadan olmasının 130 illiyi qeyd ediləcək

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair Əhməd Cavadın anadan olmasının 130 illiyi qeyd ediləcək.

Qaynarinfo xəbər verir ki, tədbir noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 

Musiqili bədii gecə AMEA Folklor İnstitutunun Qorqud Folklor Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Bahar Rüstəmli