İdman 22:05 17.03.2023

Elmar Baxşıyev: "İnkişaf etməyə ehtiyacımız var"

"Şamaxı"nın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Qaynarinfo xəbər verir ki, Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan "Şamaxı” ilə ev oyunundan sonra (2:0) keçirilən ənənəvi mətbuat konfransında mütəxəssis bunları söyləyib:

"Dinamik oyun oldu. cavidlə Vüqar "Şamaxı”da yaxşım işlər görür. Topa nəzarət etmək, hücumda yaxşı çoxalmaq istəyirdik. Daha da inkişaf etməyə ehtiyacımız var”.

- Allaş 2 qol vurdu. Başqa mövqelərdə də fayda verə bilərmi?

- 3 mövqedə oynaya bilir. Komandaya hələ tam uyğunlaşmasa da, ondan gözləntilərimiz böyükdü. Gələcəkdə daha yaxşı Allaş görəcəyimizə inanıram.
 
Səbuhi Həsənov