Xəbər lenti

İdman 14:27 16.06.2023

Elmar Məmmədyarov hamını çaşdırıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

Bu barədə "Report"a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: "Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 12 komandanın çıxış edəcətini bildirmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->