Xəbər lenti

İdman 10:50 22.11.2023

Elmar Məmmədyarov iclasa gəlmədi, De Byazi küsüb getdi (YENİLƏNİB)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir.

Apasport.az xəbər verir ki, yığıncaq assosiasiyanın inzibatı binasında təşkil olunub.

Tədbir saat 10:00-da başlayıb. İclasın gündəliyinə duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır.

İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verib. Müqaviləsi başa çatacaq de Byazinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq. Onun taleyi ilə bağlı yekun qərar veriləcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasdan erkən ayrılıb. 67 yaşlı mütəxəssis cəmi 10 dəqiqə toplantıda iştirak edib.

10.13
 
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

"Report"un məlumatına görə, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->