Dünya 19:10 27.01.2023

Elmi kəşflərə görə ön sıralarda olan ölkələrin reytinqi açıqlandı

Britaniyanın RS korporasiyası hər 1000 nəfərə düşən tədqiqatçıların, patentlərin və elmi nəşrlərin sayına, həmçinin ÜDM-də xüsusi çəkisi kimi tədqiqat fəaliyyətinə qoyulan investisiyalara əsaslanaraq "elmi kəşflərə görə ön sıralarda olan” ölkələrin illik reytinqini dərc edib. 

Qaynarinfo xəbər verir ki, ABŞ böyük fərqlə reytinqə başçılıq edir. Belə ki, ABŞ patentlərin və nəşrlərin sayına görə digər ölkələr üzərində böyük üstünlüyə malikdir.


 
İsrail ikinci yeri tutmağa davam edir. Bu ölkə 1000 nəfərə düşən tədqiqatçıların sayına görə dünya lideridir və ÜDM-in payına görə elmi-tədqiqat və təkmilləşdirmə investisiyalarında liderliyə görə Cənubi Koreya ilə rəqabət aparır.

Cənubi Koreya üçüncü, Yaponiya dördüncü, İsveç isə beşinci yerdədir. Ondan sonra Danimarka, Almaniya, Finlandiya, İsveçrə və Avstriya gəlir.

Fransa 12-ci, Böyük Britaniya 15-ci, Çin ikinci onluğun sonunda yerləşib.  

Əhalisi cəmi 372 min nəfər olan İslandiyanın reytinqdə 13-cü sırada olması diqqət çəkir.

"G7” ölkələrindən ən aşağı reytinq İtaliyaya məxsusdur. O, Estoniyadan sonra 28-ci yerlə kifayətlənməli olub. 

Türkiyə Polşa və Latviya arasında yer tutaraq 35-ci sıradadır. 

Reytinqdə postsovet məkanını Estoniya (27) və Latviyadan (36) başqa Rusiya (31) təmsil edir. 

41 ölkənin daxil olduğu reytinqi Rumıniya, Meksika və Çili qapayır.

Nizami Bağırov