Sənət 12:15 23.11.2022

Elnarə Abdullayeva: "Məndə bu mədəniyyət formalaşmayıb, onun yolunu axtarıram"

"Məndə bütün mədəniyyətlər formalaşıb, tək dincəlmək mədəniyyətindən başqa. Mənə dincəlmək mədəniyyətini öyrədən lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. Xanəndə dincələ bilmədiyini etitaf edib:

"Elə istəyirəm, istədiyim kimi dincəlim, sonra solo konsert layihələrimi həyata keçirəm. Yeganə adamam ki, dincələ bilmirəm, indi onun yolunu axtarıram. Doğrudan da yorulmuşam. Solo konsert böyük layihələrdir. Konsert verəndə əlavə mahnı yazdırmağa vaxt qalmır. Müğənni gərək yeni mahnılar yazdırsın ki, repertuarı dəyişsin. 

Allah bütün sevənlərimi qorusun. Tamaşaçılarıma səslənirəm, narahat olmayın, mən yenə də həmin konsert layihələrini həyata keçirəcəm. Sənət elə bil şeydir ki, yorulsan da, səndən əl çəkmir. Bu sənətə veyillənmək üçün gəlməmişəm, gəlmişəm ki, sənət yaradam, Azərbaycan musiqi mədəniyyətinin keşiyində həqiqi mənada dayanam. Bu da bir qismətdir. Adam yorulanda ağlına nə desən gəlir. Mən konsert layihələrindən, səhnələrdən əl çəkə bilmərəm”.

Bahar Rüstəmli