Xəbər lenti

Dünya 11:11 26.04.2024

Ərdoğan Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a getməyi planlaşdırır - "Bloomberg"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Ağ Evə getməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, Ərdoğanın Vaşinqtona gözlənilən səfəri İsrail və HƏMAS arasında müharibə və İran və İsrailin bir-birinin ərazilərinə hücumları fonunda baş verir ki, bu da Yaxın Şərqdə daha böyük münaqişənin yaxınlaşması qorxusunu artırıb.

Qeyd olunur ki, hər iki lider də "siyasi karyeralarının incə məqamında” görüşür, çünki bu ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və bu seçkilərdə Baydenin rəqibi çox güman ki, keçmiş prezident Donald Tramp olacaq.

Eyni zamanda, Ərdoğan ötən ayın sonunda keçirilən bələdiyyə seçkilərində məğlub olsa da, beynəlxalq arenada hələ də görkəmli rol oynayır.

Ərdoğan həftəsonu HƏMAS-ın siyasi lideri ilə potensial daimi atəşkəs və Qəzza zolağına humanitar yardımın çatdırılmasının sürətləndirilməsini müzakirə etmək üçün görüşüb. ABŞ və AB-dən fərqli olaraq Türkiyə HƏMAS-ı terror təşkilatı hesab etmir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->