"Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib ki, Ermənistana mesaj verib: "Dedik ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki diaspor fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”.
Ərdoğan Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Ərdoğan diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir.
Şərhlər