Dünya 16:45 17.03.2024

Ərdoğan: "Hökumət inflyasiyanı birrəqəmli həddə endirəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Nazirlər Kabineti ölkədə inflyasiyanın bir rəqəmli həddə enməsini gözləyir. 

Qaynarinfo Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Ərdoğan qeyd edib ki, hakimiyyət pandemiyaya, regional müharibələrə, qlobal iqtisadi böhrana və Türkiyənin cənub-şərqində baş verən fəlakətli zəlzələyə baxmayaraq, maliyyə yükünü minimuma endirməyə çalışır. Prezidentin sözlərinə görə, hökumət inflyasiyanı yenidən birrəqəmli həddə endirəcək və Türkiyə cəmiyyətinin bütün sektorlarının rifahında sabit, davamlı artımı təmin edəcək.

Lakin Ərdoğan bu tapşırığın yerinə yetirilməsi üçün konkret müddət göstərməyib.

Bundan əvvəı 2024-cü ilin sonuna qədər Türkiyədə inflyasiyanın orta hesabla 44,19% ola biləcəyi bildirilirdi. Martın 11-də Türkiyənin milli valyutası antirekordu yeniləyərək tarixdə ilk dəfə 1 dollar üçün 32 lirədən aşağı düşüb. 

Aydın