Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə Ukrayna böhranının həlli perspektivlərini müzakirə etməyi planlaşdırdığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS CNN Türk telekanalına istinadən məlumat
yayıb.
"Mən pessimist deyiləm. Eyni zamanda, dərhal müsbət nəticə əldə etmək sadəlövhlük olardı”. Ərdoğanın sözlərinə görə, LDNR, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlar "problemlər yaradır və hər şeyi diplomatiya yolu ilə həll etmək olardı”.
"2014-cü ildə Krımın timsalında oxşar vəziyyət yaranmışdı, o vaxt biz heç nəyə nail ola bilmədik", - Türkiyə lideri bildirib.
"Nüvə müharibəsinə keçidin bədəli fəlakətlidir. Bu hətta bu barədə qəti düşünməməliyik. Bu məsələnin diplomatiya yolu ilə həlli ən doğru addım olardı”, – Ərdoğan qeyd edib.
Bir qədər əvvəl RİA Novosti agentliyinin məlumatına görə, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının prezidenti ilə türkiyəli həmkarı arasında danışıqların hələlik planlaşdırılmadığını bildirib.
Alpər
Şərhlər