Xəbər lenti

Dünya 14:24 10.03.2024

Ərdoğan üçüncü müddətə prezident ola bilər - Şərt açıqlandı

Türkiyə Ədliyyə Nazirliyinin keçmiş rəhbəri, millət vəkili Bəkir Bozdağ siyasi karyerasını başa çatdıracağını deməsinə rəğmən, Rəcəb Tayyib Ərdoğanın daha bir müddətə namizədliyinin irəli sürülməsini istisna etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə parlamentari X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bozdağ qeyd edib ki, Türkiyə konstitusiyasına görə, bir şəxs ardıcıl olaraq maksimum iki müddət ölkə prezidenti postunu tuta bilər. Eyni zamanda, əsas qanunda göstərilir ki, növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə eyni prezidentin üçüncü müddətə namizəd olması mümkündür.

"Əgər konstitusiyaya uyğun olaraq Türkiyə parlamenti prezidentin ikinci müddətində növbədənkənar seçkilərə qərar verərsə, prezidentimiz Ərdoğanın konstitusion olaraq namizəd olmaq hüququ olacaq", deyə deputat vurğulayıb.

Qeyd edək ki, martın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün yekun seçki olacağını bildirib:

"Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq. Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək.

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəlib. O, 52,18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Nəticədə Ərdoğan ölkəni 5 il idarə etmək hüququ əldə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?