Xəbər lenti

Dünya 11:38 25.01.2024

Eritreyada işıq söndü, uçuş icazəsi verilmədi, alman nazir Səudiyyəyə endi

Almaniyanın xarici işlər naziri Baerbokun olduğu təyyarə buraxılmayıb

Almaniyanın xarici işlər naziri Annalena Berbokun olduğu təyyarə Cibutiyə uçarkən Eritreya ərazisi üzərində uçuş icazəsi almadığı üçün Səudiyyə Ərəbistanına planlaşdırılmamış eniş edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ZDF məlumat yayıb.

Səudiyyə Ərəbistanına enməzdən əvvəl hava gəmisi Qırmızı dəniz üzərində bir saatdan çox dövr edib. Pilot "Ən yaxşı səylərimizə baxmayaraq, təəssüf ki, Eritreya üzərindən uçmaq üçün icazə ala bilmədik" deyib.

Berbok özü enişdən sonra bildirib ki, planlaşdırılmayan şeylər baş verəndə çevik olmaq lazımdır.

Qeyd edilir ki, Eritreya Xarici İşlər Nazirliyində elektrik enerjisi kəsildiyi üçün havadan uçuş icazəsinin verilməsi çətin olub. Sudan və Yəmən əraziləri ilə uçuşlar da bu ölkələrdəki silahlı münaqişələr səbəbindən mümkün olmayıb.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbokun Sakit okean regionuna səfərinin onun təyyarəsindəki texniki nasazlıqlara görə pozulduğu bildirilirdi. Almaniya Xarici İşlər Nazirliyinin rəhbərini və onun nümayəndə heyətini daşıyan təyyarə Abu Dabidə yanacaq doldurmaq üçün dayandıqdan sonra yanacağı boşaldıb geri dönməli olub. Havaya qalxdıqdan az sonra təyyarənin kapitanı qanadların geri çəkilməsi ilə bağlı problemlər barədə sərnişinlərə məlumat verib.
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->