Siyasət 14:56 29.09.2023

Erməni politoloq: “Azərbaycan dövlətini heç nə hədəflərindən yayındıra bilməz”

"Azərbaycan sabit, güclü dövlət təfəkkürünü mənimsəyən dövlətdir və onu heç nə öz hədəflərindən və orbitindən yayındıra bilməz". 

Qaynarinfo xəbər verir ki, bunu erməni politoloqu Hayk Martirosyan qanunsuz rejimin liderlərindən biri David Babayanın Azərbaycan hakimiyyətinə təslim olması ilə bağlı bəyanatını şərh edərkən "Facebook"da yazıb.

"Ölüm yayan rus hakimiyyətinin xədiminin və Ermənistanın dağıdıcı abortunun qulluqçusu olan bu satqın Bakıya təslim olub və ya təslim olmaq üzrədir. O öz səhifəsində bunu həmvətənlərini xilas etmək naminə fədakarlıq kimi təqdim edib.

Azərbaycan kiminsə təslim olub-olmamasından asılı olaraq kimisə əvf edəcək və ya etməyəcək. Azərbaycan sabit, güclü dövlətçilik təfəkkürünü mənimsəyən dövlətdir və heç nə onu hədəflərindən, orbitindən yayındıra bilməz. Hətta iş üsullarından və simvolik yanaşmalardan.

David Babayan sadəcə olaraq öz yazıq, xain və rəzil varlığını davam etdirmək istəyir və onun son ümidi ondan ibarətdir ki, Moskva Lubyankasının kuratorları onu əsirlikdən azad edəcək və normal həyata qayıdacaq. Geri qayıtmayacaq. Çünki o, artıq işlənmiş lateks kimi atılıb və o, unudulmuş biri kimi başı unitazda qalaraq Bakı həbsxanasına düşəcək. Və onun yeri məhz oradır”, – politoloq yazır.

Nizami Bağırov