Xəbər lenti

Siyasət 13:20 17.11.2023

“Erməni siyasətçilərinə inana bilmərik” - Deputat

"Çox istərdim ki, Ermənistan parlamentinin sədri dediklərinin üzərində dursun”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistan parlamentinin sədri Alen Simonyanın "Qarabağ separatçılarına Ermənistanda hər hansı bir "dövlət institutu” yaratmağa imkan verilməməlidir” fikrini şərh edərkən deyib.

"Ümumiyyətlə, erməni rəsmiləri bu gün dediklərini sabah inkar edirlər. Təəssüf ki, bu, belədir. Tez-tez mövqelərini dəyişdirir, beynəlxalq prinsiplərə zidd olan əks mövqelər bildirirlər. Onlar bəzən dediklərinin əksinə addımlar atırlar. Təxminən üç aydan sonra baxaq görək, bu gün Ermənistanın ikinci şəxsinin dililə dedikləri səmimidir, yoxsa yenə də onlar köhnə ab-havadan çıxış edərək, Azərbaycan, ərazi bütövlüyümüz və suverenliyimiz əleyhinə növbəti addımlar atacaqlar”, deyə deputat qeyd edib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən Qarabağ separatçılarına Ermənistanda hər hansı bir "dövlət institutu” yaratmağa imkan verilməyəcəyini bildirib. Onun sözlərinə görə, İrəvanın separatçıların  hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Simonyan Qarabağla bağlı hər hansı institutların  yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?