Xəbər lenti

Siyasət 10:53 29.01.2024

Erməniəsilli şəxslər səsvermədə necə iştirak edəcək? (RƏSMİ AÇIQLAMA)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli şəxslərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib.

"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:

"Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->