Siyasət 16:00 03.12.2023

Ermənilər Kərim Vəliyevin bu səfərindən qorxuya düşdü: Azərbaycanın planı var?

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və nazirliyin digər nümayəndələrinin Ermənistanla həmsərhəd olan hərbi hissələrdə olması Ermənistanda isterika yaradıb.

Ermənilər bu səfəri Azərbaycanın bəlli planının olması kimi qələmə veriblər.

Azərbaycanşünas Tatevik Ayrapetyan öz teleqram kanalında generalın səfəri haqda yazaraq iddia edib ki, Azərbaycanın planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaqla, peşəkar diplomatiya aparmaqla almaq olar.

Görünür, ermənilər arasında ya "Azərbaycan Ordusu gəlir” xofu yaranıb, ya da Paşinyana qarşı mübarizə aparan revanşistlər Azərbaycan tərəfinin ordu ilə bağlı adi proseslərindən də erməni cəmiyyətini qorxutmaq üçün yararlanırlar. (Publika.az)