Ölkə 14:57 29.07.2022

Ermənistan Laçın dəhlizinə alternativ yolun tikintisini təsdiqlədi

Ermənistan hakimiyyəti nəhayət ki, Laçından yan keçən yolun tikintisini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "news.az” məlumat yayıb.

Bu barədə Ermənistan Respublikası Ərazi idarəetmə və infrastruktur nazirliyinin saytında yerləşdirilən xəbərdə deyilir: "M-12/-Teh-Kornidzor avtomobil yolunun yenidən qurulması üzrə işlərə 2022-ci ilin avqustunda başlanacaq”. 

Bu, Laçın dəhlizinə alternativ yol olacaq.

Xatırladaq ki, iyunun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı bu yolla bağlı danışıb. Baş nazir bildirib ki, tərəflər Laçın dəhlizinin Qarabağı Ermənistanla birləşdirən hissəsində marşrutun dəyişdirilməsi ilə bağlı ilkin razılığa gəliblər. Dəyişiklik 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq 3 il ərzində baş verməlidir.

Nizami Bağırov