Dünya 10:04 26.09.2022

Ermənistan Təhlükəsizlik Şurasının katibi bazar ertəsi Vaşinqtona gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar ertəsi Vaşinqtona gedəcək. 
 
Qaynarinfo erməni mediasına istindla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 26-dan Vaşinqtonda olacaq", - Təhlükəsizlik Şurasının sosial şəbəkələrdəki səhifəsində deyilir.
Səfər çərçivəsində Qriqoryan bir sıra işgüzar görüşlər keçirəcək. Digər təfərrüatlar verilmir.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın baş naziri Nikol Paşinyanı Nyu Yorka səfəri zamanı BMT Baş Assambleyasının sessiyasında müşayiət edib.
 
Alpər