Dünya 10:23 06.06.2023

Ermənistanda iri məmur oğlu narkotiklə tutuldu, həbs edildi - 240 kisə...

Ermənistanda iri məmurun oğlu narkotik qaçaqmalçılığı zamanı tutulub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, İrəvanın girişində, Abovyandan bir qədər aralıda hüquq-mühafizə orqanlarının əməkdaşları hüquq-mühafizə orqanlarından birinin yüksək rütbəli məmurunun oğluna məxsus avtomobili saxlayıblar. Avtomobildə 240 kisə narkotik olub.

Qəzet yazır ki, məmur oğlu həbs edilib. Nəşr hələlik məmurun adını açıqlamasa da, yaxın vaxtlarda bunu edəcək. O da qeyd edilir ki, bu iş hüquq-mühafizə orqanlarında görünməmiş ajiotaj yaradıb.

Alpər