Dünya 18:27 01.12.2022

Ermənistanda təyyarə qəzası: iki rusiyalı öldü

Ermənistanda Craber kəndi yaxınlığında B55 təyyarəsi qəzaya uğrayaraq yanıb.

Qaynarinfo bu barədə Rosbalt-a istinadən xəbər verir

Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə ilə bağlı məlumat bu gün saat 15:20-də daxil olub.

Agentliyin məlumatına görə, İrəvandan Həştərxana uçan B55 təyyarəsi Craber kəndində qum mədəninin yaxınlığında qəzaya uğrayaraq yanıb. 
Qəza yerində iki pilotun yanmış cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən deyilib ki, ölənlər Rusiya vətəndaşlarıdır.

Alpər