Siyasət 12:53 09.05.2022

Ermənistanı fəlakətə sürükləyənlər yenə iş başında: “Qələbəni qaytarmaq olar” - Ohanyan

Ermənistanın keçmiş müdafiə naziri, "Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib ki, Qarabağda 44 günlük müharibə ermənilərin keçmiş qələbələrini əlindən alıb, nailiyyətlərini yerlə bir edib, lakin hər şeyi geri qaytarmaq olar.

Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu keçmiş Müdafiə Nazirliyinin rəhbəri Qələbə Parkında jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
Ohanyan xatırladıb ki, 1992-ci ilin mayında Şuşanın işğaldan azad edilməsi və sonradan Qələbə Günü ilə birlikdə qeyd edən Ermənistan ordusunun ən yüksək hərbi sənətinin və döyüş ruhunun təzahürü olub.

"Təəssüf ki, qələbəmiz əlimizdən alındı. Bununla belə, demək lazımdır ki, 44 günlük müharibə zamanı çoxlu qəhrəmanlıq epizodları, komandirlərin hərbi məharəti və cəsarət nümayişi olub. Keçmiş hadisələrdən dərs almaq lazımdır", - Ohanyan bildirib. 

Sabiq nazir üçün ən aktual dərs odur ki, 44 gün davam edən hərbi əməliyyatlar zamanı dövlət idarəçiliyi sistemi dövləti hərbi müstəviyə keçirə, dövlət strukturları bütün mövcud potensialı səfərbər edə bilməyib.

"Biz hamımız (amma hər şeydən əvvəl hakimiyyət) bundan dərs almalıyıq. Əgər onlar özləri bunu istəmirlərsə, xalq onları məcbur etməlidir. "Müqavimət” hərəkatı döyüş ruhumuzu bərpa etmək, qələbə və bayramlarımızı geri qaytarmaq məqsədi daşıyır”, - Oqanyan bildirib.

O, hesab edir ki, hərəkatın dönüş nöqtəsi artıq çatıb. Xalqın hakimiyyətə təzyiqlərini hər gün artırması qalır. Hakimiyyət məğlubiyyət damğasını daşıdığı üçün kənardan təzyiq altındadır.

Alpər