Dünya 12:10 28.01.2023

Ermənistanın ABŞ-dakı keçmiş vitse-səfiri sükan arxasında öldü

Ermənistanın ABŞ-dakı keçmiş vitse-səfiri Armen Xarazyan 56 yaşında qəflətən dünyasını dəyişib. O, avtomobil idarə edərkən ölüm baş verib. Ölüm səbəbinin infarkt olduğu güman edilir.

Qaynarinfo xəbər verir ki, bu haqda shamshyan.com kriminal xronika saytı məlumat yayıb.

Hadisə yanvarın 27-də saat 20:00 radələrində, İrəvanın kiçik mərkəzində baş verib. Xarazyanın idarə etdiyi "Toyota Land Cruiser” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dayanmış Kia-ya çırpılıb.

Xarazyan son illərdə müstəqil milli təhlükəsizlik analitiki olub. O, Ermənistanın ABŞ-dakı səfirinin müavini (1999-2001), Ermənistan Xarici İşlər Nazirliyində hərbi-siyasi məsələlər üzrə direktor (1997-1999), Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar qrupunun üzvü olub. (1994-1998).

Alpər