Foto 15:16 06.06.2023

Expressbank-ın “Gənc Bankirlər” proqramı davam edir

Expressbank-ın "Express Maarifləndirmə" layihəsi çərçivəsində keçirdiyi "Gənc Bankirlər” proqramı bu dəfə Xəzər Universitetində baş tutdu. Layihə gənclərin maliyyə, iqtisadiyyat və bank sahəsi üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilir. 

Proqram müddətində Expressbank əməkdaşları müsahibədə uğurlu olmağın sirlərini tələbələrlə paylaşıb və gələcək karyeralarında onlara faydalı olacaq tövsiyələr veriblər. Həmçinin tələbələr bankla tanış olub, satış və xidmət texnologiyaları, müştəri münasibətləri və işə qəbul prosesi mövzuları haqqında məlumatlandırılıb. Onlar real satış keyslərini praktiki olaraq həyata keçirib, eyni zamanda müsahibədə doğru davranış modeli ilə tanış olublar. 

Qeyd edək ki, "Gənc Bankirlər” proqramı ötən il ADA və Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Proqramın əsas məqsədlərindən biri bank sahəsinin inkişafına və gənclərin banka aid biliklərinin təkmilləşdirilməsinə dəstək olmaqdır. Tələbələrin layihəyə olan marağını nəzərə alaraq proqramın növbəti illərdə də keçirilməsi planlanır. 

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.