İdman 17:55 06.06.2023

Fatih Terimin hesabı sındırldı və... (FOTO)

"Qalatasaray"ın və Türkiyə futbolunun unudulmaz məşqçilərindən olan Fatih Terimin sosial media hesabı sındırılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin hesabından "Fənərbağça"nın prezidenti Ali Koçla bağlı paylaşım edilib. Hesaba müdaxilə olunandan sonra orada Fatih Terim və Ali Koçun yer aldığı video paylaşılıb və "Dostlar, biz adı çəkilən şəxslərlə rəqib belə deyilik” - sözləri yazılıb.

Paylaşımdan qısa müddət sonra Terimin hesabı geri qaytarılıb. Əfsanəvi məşqçi bununla bağlı açıqlama da yayıb: "Bu gün sosial media hesabıma müdaxilə olunaraq paylaşım edildi. Qısa müddətdə diqqət çəkən bu yazı silindikdən sonra hesabım yenidən nəzarətə götürüldü. Sözügedən paylaşıma məhəl qoyulmamasını xahiş edirəm”.
 


Səbuhi Həsənov