Xəbər lenti

Ekonomiks 17:41 13.11.2023

Fazil Mustafa: "Dövlətin yükü bələdiyyələrə dövr edilməlidir"

"Rayonlarda işsizlik kifayət qədər yüksək səviyyədədir. Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. O xatırladıb ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək:

"İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və onun iqtisadi proseslərə qoşula bilməməsi yerli xidmətlərdə böyük sıxıntılar yaradır".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->