İdman 10:36 08.02.2023

"Fənərbağça"nın futbolçusundan zərər çəkənlərə nümunəvi davranış

"Fənərbağça"nın formasını geyinən Linkoln Henrike zəlzələdə evi dağılan uşaqlı ailələrə kömək etmək istədiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, o, nümunəvi davranış nümayiş etdirib. Henrike zəlzələnin dağıtdığı ərazilərdə sağ qalanlara kömək etmək niyyətindədir. 

24 yaşlı futbolçu sosial media hesabında İstanbulda zəlzələdə evi dağılan uşaqlı bir ailəyə yardım etmək istədiyini paylaşıb: "Hamımız zəlzələ qurbanlarına dəstək olmalıyıq. Biz ailə olaraq hər şey geridə qalana qədər zəlzələdə evi dağılmış uşaqlı bir ailəni qəbul etmək istərdik. Səlahiyyətlilər bizimlə əlaqə saxlaya bilər. Mən buna hazıram. İstanbula gətiriləcək ailənin bütün otel xərclərini qarşılayacağıq". 
 


Səbuhi Həsənov