Dünya 17:48 06.03.2023

Fərari səfərbərlikçi rus əsgər komissarlığa qumbara ilə gəldi, ara qarışdı

Moskva yaxınlığındakı Domodedovo şəhərində hərbi komisarlıqda qumbaranı partlatmaqla hədələyən şəxs saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, "Baza” Teleqram kanalının məlumatına görə, 38 yaşlı əsgər ötən ilin oktyabrında səfərbər edilib.

Kanalın məlumatına görə, səfərbər edilmiş sərxoş vəziyyətdə şəxs taksi ilə gəlib, hərbi komisarlığa daxil olaraq işçiləri qumbara partlatmaqla hədələməyə başlayıb. Daha sonra bayıra çıxaraq aradan çıxmağa çalışıb. Nəticədə o, küçədə avtomobildə polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, onun üzərində qumbara tapılıb, polis küçəni bağlayıb, istehkamçılar və FSB əməkdaşlarını çağırıb.

"Mash” aydınlaşdırıb ki, saxlanılan şəxsin üzərində "yalançı” qumbara olub və onun özü Kursk vilayətindən fəraridir

Nizami Bağırov