İdman 11:15 13.01.2024

FIFA-dan Şahruddinin komandasına ağır cəza

FİFA Türkiyə Super Liqasında mübarizə aparan yeddi komandaya transfer qadağası qoyub.

Qaynarinfo-nun məlumatına görə, qurumdan verilən açıqlamada şəffaflığın təşviqi istiqamətində aparılan səylərə uyğun olaraq, qeydiyyat qadağasına məruz qalan klubları siyahıya alan rəqəmsal proqram istifadəyə verildiyi vurğulanıb.

FİFA-nın saytında yer alan məlumata görə, Super Liqa komandalarından "Adana Dəmirspor", "Antalyaspor", "Alanyaspor", "Hatayspor", "Ankaragücü" və "Kayserispor"a hərəyə üç, "Samsunspor"a isə iki müddətə transfer qadağası tətbiq edilib.

Transfer qadağası qoyulan digər komandalar isə aşağıdakılardır. 

"Adanaspor", "Akhisarspor", "Alg Spor", "Altay", "Bursaspor", "Denizlispor", "Elazığspor", "Ərzurumspor", "Giresunspor", "Karabükspor", "Erciyesspor", "Manisaspor", "Mersin Talimyurdu İdman Klubu", "Tuzlaspor", "Ümraniyespor", "Malatyaspor".
 
Qeyd edək ki, "Adana Dəmirspor"da milli komandamızın üzvü Şahruddin Məhəmmədəliyev çıxış edir.

Səbuhi Həsənov