Xəbər lenti

İdman 15:05 18.12.2023

FIFA yeni Klublararası DÇ-nin təfərrüatlarını açıqladı: İştirakçıların çoxu məlumdur

FIFA 2025-ci ildə yenilənmiş Klublararası Dünya çempionatının yaradılmasını rəsmən elan edib. Yarış 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Çempionatda hər altı konfederasiyandan olan klublar iştirak edəcək. Avropa klubları sırasına son mövsümlərin Çempionlar Liqasının qalibləri və UEFA-nın reytinqinə əsasən digər yüksək səviyyəli komandalar daxil olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb

FIFA kvotaları hələ 2023-cü ilin fevralında təsdiqlənib: Avropadan 12, Cənubi Amerikadan 6, Asiya, Afrika və Şimali Amerikadan hər birindən 4, Okeaniya 1 komanda olacaq. Bir komanda isə ev sahibi kimi ölkəni təmsil edəcək. Turnir ABŞ-da keçiriləcəyindən, əslində Şimali Amerikadan dörd deyil, beş klub olacaq.
32 iştirakçıdan 19-u artıq təsdiqlənib.

Konfederasiyalar daxilində seçim prinsipləri:

● Avropadan Çempionlar Liqasının son dörd mövsümünün qalibləri, beləliklə, "Çelsi” (2020/21 mövsümünün qalibi), "Real Madrid” (2021/22) və "Mançester Citi” (2022/23), eləcə də 2023/24 mövsümünün Çempionlar Liqasının qalibi mütləq iştirak edəcək. 

Daha səkkiz komanda UEFA-nın reytinqinə əsasən iştirakçılar sıralarına daxil ediləcək. Daily Mail yazır ki, FIFA Avropa üçün eyni ölkədən iki klub şəklində məhdudiyyətlər tətbiq edəcək, ona görə də, məsələn, Premyer Liqadan nə "Liverpul”, nə də "Mançester Yunayted”i gözləmək lazımdır. Çempionlar Liqasını qazandığı halda, bəlkə "Arsenal” istisna ola bilər. Yeri gəlmişkən, reytinqdən asılı olmayaraq, lakin bu mövsüm Çempionlar Liqasındakı qələbə sayəsində üç komanda – "Real Sosyedad”, PSV və "Kopenhagen” siyahıya düşə bilər.

Reytinqə görə, "Bavariya”, PSJ, "İnter”, "Portu” və "Benfika” iştirakçılar sırasında olacaq. Qalan dörd yerə "Borussiya” Dortmund, "Barselona”, "Atletico” Madrid, "Leyptsiq”, "Yuventus”, "Napoli”, "Latsio” və "Saltsburq” iddia edir.

•Cənubi Amerika son Libertadores Kubokunun dörd qalibini göndərəcək - bu mütləq "Palmeyras”, "Flamengo”, "Fluminense” və 2024-cü il çempionudur. Daha iki yeri KONMEBOL-un dörd illik reytinqinə görə, ən yaxşı komandaları tutacaq ("River Pleyt” və "Atletiko” Mineyro buna yaxındır).

● Asiyadan Klublararası Dünya Çempionatına Asiya Çempionlar Liqasının son üç qalibləri gedəcək. Bunlar "Əl-Hilal” və Yaponiyanın "Urava Daymonds”, üstəgəl 2023/24 çempionudur. Digər yer AFC-nin dörd illik reytinqində ən yaxşı komandanındır (Kristiano Ronaldonun "Əl-Nasr”ı yaxşı şanslara malikdir).

 ● Afrikanı yerli Çempionlar Liqasının qalibləri – "Əl-Əhli” və "Vidad”, üstəgəl 2023/24 çempionu təmsil edəcək. Həmçinin bir yer Afrika konfederasiyasının dörd ilin reytinqinə görə ən yaxşı komandaya veriləcək ("Mamelodi Sandauns” irəlidədir).

● Çempionlar Liqasının sonunu belə gözləmədən Okeaniyanın təmsilçisinin adı bəllidir. Bu, əvvəlki iki turnirin qalibi "Oklend Siti”dir. Dörd illik reytinqə görə heç kim onu keçə bilməyəcək. 

Klublararası Dünya Çempionatının formatı belədir: dörd komandadan ibarət səkkiz qrup, ən yaxşı ikisi klub 1/8 finala vəsiqə qazanır. Ardınca 1/8 finaldan başlayaraq pley-off mərhələsi. Hər şey milli komandaların dünya çempionatında olduğu kimidir. Finalçılar yeddi görüş keçirəcək.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) artıq narahatlığını FIFA-ya bildirib. Birincisi, oyunçulara mövsümlərarası fasilədə məcburi 28 günlük fasilə lazımdır. İkincisi, bəzi oyunçular 2024/25 mövsümündə klub və ölkə üçün 80-dən çox oyun keçirə bilər, yəni cari illə müqayisədə 10% çox. 

Belə çıxır ki, bəzi futbolçular üç il dalbadal, demək olar ki, dayanmadan oynayacaqlar. Belə ki, 2024-cü ildə iyunun ortalarından iyulun ortalarına kimi Avropa Çempionatı və Amerika Kuboku, 2025-ci ildə Klublararası Dünya Çempionatı, 2026-cı ildə isə Dünya Çempionatı keçiriləcək.

Bütün bunlara baxmayaraq, Canni İnfantinonun sözlərinə görə, "Klublararası Dünya Çempionatı elit peşəkar klub futbolunun zirvəsi olacaq”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->