Dünya 18:08 04.03.2023

Financial Times: Ukrayna Aİ-dən ona ayda 250 min mərmi verməsini xahiş edir

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Aİ həmkarlarına məktub göndərərək hər ay Kiyevə 250 min artilleriya mərmisi vermələrini xahiş edib. 

Qaynarinfo xəbnər verir ki, bu barədə məktubu əldə edən Financial Timesqəzeti yazıb.

Bu qədər sursat mövcud çatışmazlığı aradan qaldırmaq üçün lazımdır. 

Nazir Ukraynanın ayda orta hesabla 110 min 155 mm-lik mərmi atdığına diqqət çəkib.

"Mövcud artilleriya mərmilərinin sayı ilə məhdudlaşmasaydıq, ayda 594 000 mərmi olan tam dolu sursatdan istifadə edə bilərdik”, - o deyib. Kiyevin minimum tələbi, Reznikovun sözlərinə görə, 356 min mərmi və ya ümumi sursat yükünün 60%-ni təşkil edir.

Nazir, həmçinin Aİ diplomatiyasının rəhbəri Xosep Borrelə məktub göndərib və məktubda Ukraynaya dəstək məqsədilə Avropada sursat istehsalının artırılması təşəbbüsünü dəstəkləməyi xahiş edib. Bunun üçün 1 milyard avronun ayrılması planlaşdırılır, bu vəsait Aİ ölkələrinin Kiyevə mərmi göndərilməsi ilə bağlı xərclərinin ödənilməsinə yönəldiləcək.

Alpər