Dünya 14:45 25.01.2023

Finlandiya baş naziri Türkiyə ilə NATO-ya üzvlük söhbətini dayandırmağı təklif etdi

Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyə ilə danışıqlar dayandırılmalıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Pekka Haavistonun bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

"Üçlü danışıqlara qayıtmazdan əvvəl bir taym-auta ehtiyac var, baxmalıyıq ki, tozlar çökəndə hazırkı vəziyyətdən sonra harada olacağımızı görək, buna görə də hələ heç bir nəticə çıxarılmamalıdır", - baş nazir deyib.

Haavistonun sözləri Türkiyə Xarici İşlər Nazirliyinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Ankaranın narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandumu pozmaqda ittiham etməsi fonunda səslənib. Bu, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında İslam əleyhinə Stram Kurs ("Sərt Kurs”) partiyasının rəhbəri, danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludanın Quranı yandırdığı etiraza cavab olub. Bu hərəkətə İsveç hakimiyyət orqanları icazə verib.

Buna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi İsveçin müdafiə naziri Pol Yonsonun ölkəyə səfərini ləğv edib, çünki Ankaraya görə, "artıq bunun mənası yoxdur”.

Alpər