Dünya 19:19 28.01.2023

Finlandiyanın XİN başçısı Quranın yandırılmasında "Rusiya izi"ni etiraf etdi

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Danimarkanın ifrat sağçı "Sərt xətt” partiyasının qurucusu və lideri Rasmus Paludan tərəfindən təşkil edilən Quranın yandırılması ilə bağlı aksiyada Rusiya iştirak edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
 
Nazirin sözlərinə görə, araşdırma zamanı danimarkalı siyasətçinin əhatəsində Rusiya ilə "müəyyən əlaqələr” tapmaq mümkün olub. Hansı əlaqələrdən bəhs etdiyini dəqiqləşdirməyib.

Haavisto izah edir ki, "İsveçin NATO-ya üzvlüyünə mane olmaq üçün kimsə bu aksiyaları təşkil etməyə çalışırmı" sual qaldırılıb. "Sual yaranır ki, hansısa üçüncü tərəf, məsələn, Rusiya və ya başqa bir tərəf hadisələri alovlandıraraq (İsveçin-red.) NATO-ya üzvlüyünə qarşı çıxır və bunun qarşısını almağa çalışır. Bu, bağışlanmazdır”, deyə Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırılıb. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç hakimiyyəti daha Ankaranın NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gözləməməlidir. Dünən danimarkalı siyasətçi yenidən Quranı yandırıb, onun ikinci aksiyası Kopenhagendə məscidin qarşısında keçirilib. Bundan sonra Danimarkanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Nizami Bağırov