Ölkə 16:20 14.04.2023

Firəngiz Mütəllimovaya ağır itki üz verdi

Xalq artisti Firəngiz Mütəllimovaya ağır itki üz verib. 

Aktrisanın qardaşı İlham bəy dünyasını dəyişib. O, bu gün vəfat edib.

Əməkdar artist Elşən Cəbrayılov Axşam.az-a açıqlamasında bildirib ki, mərhum ürəyindən əziyyət çəkirmiş:

"Bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu. Həyatdır, indi də yatıb durmayıb. Firəngiz xanımın yeganə qardaşı idi".