Dünya 13:50 06.06.2023

Fransada pensiya islahatına qarşı ümummilli etirazlar, tətil və nümayişlər başladı

Fransada pensiya islahatına qarşı ümummilli etirazlar, tətillər və nümayişlər başlayıb. Ölkənin hüquq-mühafizə orqanlarının məlumatına görə, çərşənbə axşamı müxtəlif şəhərlərdə 400-600 min nəfərin iştirak edə biləcəyi 250-yə yaxın aksiya nəzərdə tutulub.

Bu barədə Qaynarinfo Le Figaro-ya istinadən xəbər verir.

Bu, martın 7-də pensiya islahatına etiraz edənlərin rekord sayından çox uzaqdır. Həmin zaman 1,28 milyon etirazçı Fransa şəhərlərinin küçələrinə çıxıb.

Fransada pensiya islahatlarına qarşı etirazlar və tətillər bir neçə aydır ki, davam edir. Buna baxmayaraq, Emmanuel Makron hökuməti aprelin ortalarında pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edib. İslahat ölkə parlamentindən yan keçməklə qəbul edilib, bununla bağlı müxalifət partiyaları hökumətə etimadsızlıq votumu irəli sürüb, lakin tələb olunan 287 səs əvəzinə 278 deputat hökumətin buraxılmasına səs verib.

Nizami Bağırov